Bakıda “K-pop” festivalı keçiriləcək

Bakıda “K-pop” festivalı keçiriləcək.

Koreyanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, festival oktyabrın 10-da Bakı Musiqi Akademiyasının Opera zalında baş tutacaq.

İştirak üçün müraciət etmiş 33 komanda arasından seçilən 9 komanda oktyabrın 10-da festivalın qaliblərinin müəyyənləşəcəyi final mərhələsində çıxış etmək imkanı qazanıb.

Qeyd edək ki, “K-pop” (“Korean pop”) Cənubi Koreyada yaranan və Qərb elektropop, hip-hop, rəqs musiqisi və müasir ritm-bluz elementlərini özündə birləşdirən musiqi janrıdır. Əvvəlcə musiqi janrı kimi ortaya çıxan “K-pop” gənclər arasında milyonlarla pərəstişkarı olan genişmiqyaslı musiqi subkulturasına çevrilib.

ƏvvəlkiAzərbaycan badmintonçusu Peruda bürünc medal qazanıb
NövbətiMina terrorunda şəhid olan polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edilib