Ötən il Azərbaycan ilə Cənubi Koreya arasında ticarət dövriyyəsi 430 milyon dollar olub

Azərbaycan ilə Cənubi Koreya arasında ticarət dövriyyəsinin həcmi ötən il 430 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Fondunun icraçı direktoru Yusif Abdullayev “Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasına alıcı missiyasının açılış mərasimi”ndə deyib.

O bildirib ki, Cənubi Koreyadan Azərbaycana ixracda avtonəqliyyat üstünlük təşkil edir.

“Bu ilin iyun-iyul aylarında Cənubi Koreyada qida sərgisi açılacaq. AZPROMO sözügedən sərgidə iştirak edəcək”, – deyə Y.Abdullayev əlavə edib.

AZPROMO sədri Azərbaycanda fəaliyyət göstərən sahibkarları Cənubi Koreyada keçiriləcək qida sərgisində iştiraka dəvət edib.

ƏvvəlkiMingəçevir Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii tədbir keçirilib
NövbətiSabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişinə qadağa qoyulacaq