ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini aşağı salmaması halında bəzi ölkələrlə ticarətin dayandırıla biləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Faiz dərəcələrini aşağı salaq, əks halda, kəsirimiz olan ölkələrlə ticarəti dayandıracağam”, – deyə ABŞ Prezidenti qeyd edib.
Xatırladaq ki, FED iyulun sonunda baza faiz dərəcəsini 3,5-3,75 faiz səviyyəsində saxlayıb. Növbəti iclas sentyabrın 15-16-da keçiriləcək.























































