Azərbaycanın və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev sentyabrın 24-də daxili işlər naziri Sulxan Tamazaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin fəaliyyətinin prioritet istiqamətləri və həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayaraq, iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud olan səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Görüşdə, həmçinin hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub və bu istiqamətdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi barədə razılıq ifadə edilib.

ƏvvəlkiKanat Bozumbayev itkin düşən hərbçilərin gecə-gündüz axtarılmasını tapşırıb
NövbətiQazaxıstan və Aİ Trans-Xəzər marşrutunun potensialına xüsusi diqqət yetiriblər