Azərbaycanda zəlzələ baş verib

Saatlı stansiyasından 25 kilometr cənubda, İmişli rayonunda zəlzələ baş verib.

Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 22:28-da qeydə alınan zəlzələ hiss olunmayıb. Yeraltı təkanların maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 43 kilometr dərinlikdə yerləşib.

ƏvvəlkiSeyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar
NövbətiABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır