Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb

İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində avqustun 12-də mina partlayışı hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri – 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, – deyə məlumatda vurğulanıb.

Əvvəlki“BakuBus” Naxçıvanda – yeni park, yeni marşrutlar və nağdsız ödəniş imkanları
NövbətiNaxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb