Mina partlayışının qurbanı olan ANAMA-nın əməkdaşı dəfn edilib

İşğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində mina partlayışı nəticəsində həlak olan Muğan Mətilinin nəşi torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ANAMA-nın əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətilinin nəşi Bala Bəhmənlidə ailəsinin yaşadığı ünvana gətirilib və vida mərasimi olub.

Sonra Muğan Mətilinin nəşi Bala Bəhmənlidə qəbiristanlıqda torpağa tapşırılıb.

ƏvvəlkiBakıda “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılışı olub
NövbətiBakının bir sıra yollarında sürət həddi endirilib