Moskvanın mərkəzində partlayış olub, ölənlər və yaralananlar var

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzindəki Kudrinskaya meydanında yerləşən yay kafesinin yaxınlığında partlayış baş verib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 3 nəfər ölüb, 15-i yaralanıb.

Hadisə yerində istintaq qrupunun işlədiyi bildirilib.

ƏvvəlkiAzərbaycan güləşçisi dünya çempionatının finalında
NövbətiAnkarada İraq-Türkiyə neft kəməri ilə bağlı birillik müqavilə imzalanıb