“Qatar Airways” aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Beynəlxalq Aeroportdan AZƏRTAC-a bildirilib ki, bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.
“Airbus A320” tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.


























































