Bakıda taxta bazarı yanır

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

ƏvvəlkiIV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
NövbətiBeynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib