Kür çayında meyit aşkarlanıb

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib və şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiXalq artisti Muxtar Avşarovun anadan olmasının 110 illiyi qeyd edilib
NövbətiŞamaxıda şəhid ailələri üçün iftar süfrəsi açılıb