Səbaildə üzərində xəsarət izləri olan naməlum kişi meyiti aşkarlanıb

Noyabrın 2-də saat 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu saxlanılıb. M.Əsədullayev sərxoş vəziyyətdə olub, tüfeyli həyat tərzi keçirir.

Araşdırma aparılır.

ƏvvəlkiTəhsilin İnkişafı Forumu keçirilib
NövbətiNaxçıvanda “Sazlı-sözlü kəlağayı günləri” keçirilib