Şuşada bayram konserti və atəşfəşanlıq olub

Şuşada 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhər Gününə həsr olunmuş geniş konsert proqramı təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı və Qarabağ Universitetinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin təqdim etdiyi vətənpərvərlik ruhlu konsert proqramı Şuşa şəhər sakinlərinin bayram sevincini daha da artırıb.

Konsert proqramından sonra Şuşa səmasında atəşfəşanlıq olub.

Əvvəlkiİzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
NövbətiPrezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib