Masazırda üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb

Sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Rzayeva Səbinə Cavad qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

ƏvvəlkiMingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatına start verilib
NövbətiAzərbaycan əhalisinin sayı 10 milyon 157 min 406 nəfər təşkil edib