Azərbaycan əhalisinin sayı 10 milyon 157 min 406 nəfər təşkil edib

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 milyon 157 min 406 nəfər təşkil edib.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

ƏvvəlkiMasazırda üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb
NövbətiLaçında ekskavator tank əleyhinə minaya düşüb