Laçında ekskavator tank əleyhinə minaya düşüb

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı “Report”a bildirilib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiAzərbaycan əhalisinin sayı 10 milyon 157 min 406 nəfər təşkil edib
Növbətiİşğaldan azad olunmuş ərazilərdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri icra olunub