Respublika üzrə pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiyaların ödənişini yekunlaşdırıb.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

ƏvvəlkiMilli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib
NövbətiXəzər dənizində zəlzələ olub