Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatına start verilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçirilir.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yarışın ilk günündə rəsmi açılış mərasimi olub.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Açılış mərasimində çıxış edən rəsmilər ölkəmizdə dövlət tərəfindən idmana, idmançılara göstərilən diqqətdən söz açıb. Qeyd olunub ki, bu gün ölkəmizdə irimiqyaslı idman tədbirləri təşkil olunur, idmançılarımız müxtəlif beynəlxalq turnirlərdə uğurlu nəticələr qazanırlar. Bu da dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycan idmanına xüsusi qayğısının nəticəsidir.

Açılış mərasimindən sonra yarışlara start verilib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan çempionatda Bakı və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparır. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışır.

Azərbaycan çempionatına sabah yekun vurulacaq. Qaliblər medal və diplomla mükafatlandırılmaqla yanaşı, fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaqlar.

ƏvvəlkiHərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub
NövbətiMasazırda üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb