Aygün Əliyeva Energetika Nazirliyi yanında ictimai şuranın rəhbərliyi ilə görüşdü

Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, agentliyin departament rəhbəri Elnur Bağırlı ilə Energetika Nazirliyi yanında ictimai şuranın sədri Şaban Nəsirov, sədrin müavini Mehriban Abdullayeva və ictimai şuranın katibi Samir Həsənov arasında görüş təşkil edilib.

Görüş içtirakçıları noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) və QHT-lərin bu mötəbər tədbirdə rolu barədə geniş müzakirələr apardılar. COP29-un Təşkilat Komitəsinın üzvü Aygün Əliyeva görüş iştirakçılarına QHT-lərin bu sahədə maarifləndirməyə ehtiyacı olduğunu ölkədə bu sahədə mütləq maarifləndirmə tədbirlərinin həyata keçiriləcəyini söylədi. İctimai şuranın sədri Şaban Nəsirov və müavini Mehriban Abdullayeva ictimai şuranın fəaliyyəti barədə Ayğun Əliyevaya məlumat verdilər.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.

ƏvvəlkiQazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
Növbəti“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” adlı layihə həyata keçiriləcək