Şamaxıda şəhid ailələri üçün iftar süfrəsi açılıb

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Şamaxı Cümə məscidində iftar məclisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.

İftar məclisində Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhmət Mustafayev tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, dualar səsləndirilib.

ƏvvəlkiKür çayında meyit aşkarlanıb
NövbətiQubada “Sazlı Sözlü Kəlağayı Günləri”