Qubada “Sazlı Sözlü Kəlağayı Günləri”

Quba Rayon İcra Hakimiyyətinin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Sazlı Sözlü Kəlağayı Günləri” adlı tədbir keçirilib.

Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, və “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsinin rəhbəri şair, publisist Güllü Eldar Tomarlı açıq elan edib, bu işə dəstək olan təşkilat və məsul şəxslərə təşəkkür edib, qeyd edib ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır.

Birlik sədri vurğulayıb ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur və 2024- ilin noyabrın 26-da Azərbaycan kəlağayısının beynəlxalq miqyasda tanıdllmasının 10 ili tamam olur. “UNESCO”-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü ilin noyabrın 26-da keçirilən iclaslnda Azərbaycanın kəlağayı sənəti “Kəlağayı sənəti və simvolizmi, ipək baş ötüklərinin hazırlanması və istifadə olunması” başlığı altında “UNESCO”-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıına daxil edilib. Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın xidmətləri danılmazdır.

Vətənimizin bütövlüyü, azadlığı, suverinliyi uğrunda candan keçən müqəddəs şəhidlırimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Quba RİH-nin İctimai və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əhməd Nurullayev tədbir iştirakçılarına Quba RİH Başçısı İlqar Mahmudovun salamlarını çatdırıb, tədbirin əhəmiyyəti haqqında danışıb. Daha sonra çıxış edən Filialın direktor müavini p.ü.f.d. Aysel Şeydayeva da qonaqları salamlayaraq filialda dosent Yusif Alıyevin rəhbərliyi altında milli-mənəvi dəyərlərimizin təbliği və qorunması istiqamətində görülən işlərdən söz açıb.

Daha sonra çıxış edənlər Şəhid anası Tünzalə Abduləlimova, Sabahinfo.az saytının redaktor müavini Elnarə Həziyeva, Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsul katibi Mariya Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Xalidə İlyasqızı, qubalı şairə Könül Tatlı, Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova, Filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e. Nübar Bayramova da Azərbaycan kəlağayısının gözəlliyi, mənəvi dəyəri, tədbirin əhəmiyyəti barədə geniş məlumat verib, gənclər arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədr müavini aşıq Gözəl Kəlbəcərlinin ifasında musiqilərin səsləndirilməsi tədbirə xüsusi rəng qatıb. Tədbirdə həmçinin filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” və “İbtidai sinif müəllimliyi” ixtisasının tələbələrinin ifasında şeirlər səsləndirilib.

Sonda Güllü Eldar Tomarlı həm də tədbir iştirakçılarına və Filialın Kitabxana və elektron resurslar şöbəsinə 2024-cü il Azərbaycan kəlağayısının “UNESCO”-nun Qeyri-maddi mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsinin on illiyi münasibətilə nəşr edilən “Anam – kəlağaydı, kəlağay – anam” adlı kitabları hədiyyə edib.

Sonda xatirə şəkili çəkilib.

ƏvvəlkiŞamaxıda şəhid ailələri üçün iftar süfrəsi açılıb
NövbətiBaş nazir Əli Əsədov Konqo Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb