DİN: Kəlbəcərdə artilleriya qurğuları və sursat aşkar edilib

Kəlbəcər rayonunda artilleriya qurğuları və sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonunun Çaparlı kəndi ərazisindən 2 ədəd “KS-19” zenit silahları və Həsənriz kəndi ərazisində çoxlu sayda müxtəlif çaplı patron və avtomat daraqları aşkar olub.

ƏvvəlkiXüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elan edilib
NövbətiGöyçayda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib