Bu il ərzində Qarabağ və Şərqi Zəngəzura 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb.
AZƏRTAC xəbər verir ki, bunu Kəlbəcərdə keçirilən II Bal Festivalında kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, azad edilmiş ərazilərə, xüsusilə Kəlbəcərə 2021-ci ildən etibarən heyvan köçü həyata keçirilir.
Nazir deyib ki, yeni salınan kəndlərdə və kəndətrafı ərazilərdə fermaların yaradılması üçün torpaq sahələri ayrılır. Fermerlərin bu imkanlardan istifadə etməklə yeni təsərrüfatlar yaratması nəzərdə tutulur.






















































