Şahbuzda su anbarından meyit tapılıb

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyiti aşkarlanması barədə məlumat daxil olub.

Bu barədə “Report”un yerli bürosuna FHN-dən bildirilib.

Qeyd olunub ki, əraziyə yaxınlaşmaq üçün nəqliyyat yolu olmadığından köməyə ehtiyac yaranıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Şahbuz şəhər sakini 20.01.1964-cü il təvəllüdlü Hüseynov Mahir Musa oğluna aid meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyəti üzrə təhvil verilib.

ƏvvəlkiPrezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib
NövbətiAzərbaycanın Əməkdar artisti Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə marş bəstələyib