Şimali Koreya iki ballistik raket buraxıb

Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan bölgəsindən Yapon dənizinə doğru iki qısamənzilli ballistik raket atıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadla Yonhap agentliyi məlumat yayıb.

Seulda raketlərin uçuşu haqqında məlumatlar təhlil edilir. Hərbçilərin məlumatına görə, 360 km mənzilli mərmilər Yapon dənizinə düşüb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi qeyd edib ki, raketlər yerli vaxtla saat 23:40-23:50 (Bakı vaxtı ilə saat 18:40-18:50) arasında buraxılıb.

Xatırladaq ki, Şimali Koreya sonuncu dəfə iyulun 24-də iki qısamənzilli ballistik raket atıb.

Əvvəlkiİstanbulda sudan istifadəyə məhdudiyyətlər qoyulub
NövbətiQırğızıstan “TikTok”u bloklayır