Şimali Koreya ballistik raketi sınaqdan keçirib

Şimali Koreya ballistik raketi sınaqdan keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yaponiya patrul gəmiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə dərhal səlahiyyətli qurumlarla əlaqə saxlamağa çağırıb.

Mühafizə xidməti raketin çox güman ki, artıq düşdüyünü bildirib.

Balistik raket orta mənzilli raketlər sinfinə aiddir.

ƏvvəlkiMSK-nın Media Mərkəzi fəaliyyətə başlayıb
NövbətiÖlkə ərazisində 31 kq-dan çox narkotik aşkarlanıb