Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

Hələlik raketin xarakteristikası və uçuş detalları barədə məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya rəsmiləri KXDR-in qitələrarası ballistik raket buraxmağa hazırlaşması barədə kəşfiyyat məlumatını açıqlayıb.

Əvvəlkiİsrail ordusu Livana zərbələr endirib
NövbətiADY: “Sərnişin və yük qatarlarının sürət həddi endirildi”