Rusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib

Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.

“Report”un məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Həştərxan vilayətindəki 4-cü poliqondan qitələrarası ballistik raket uğurla buraxılıb.

“Əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib”, – məlumatda deyilir.

ƏvvəlkiGürcüstan parlamentinin sədri Qazaxıstan Prezidenti ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib
Növbətiİtaliyalı modelyer Roberto Kavalli vəfat edib