Gürcüstan parlamentinin sədri Qazaxıstan Prezidenti ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Qazaxıstanda səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Prezident Kasım-Jomart Tokayev ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Qazaxıstan arasında tarixi dostluq münasibətləri qeyd olunub.

Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın Gürcüstanı strateji tərəfdaşı hesab etdiyini qeyd edib. Bildirib ki, Qazaxıstanda gürcü xalqına, tarixinə və mədəniyyətinə böyük hörmətlə yanaşılır, Gürcüstanda qazax turistlərin sayının artması da bunu sübut edir.

Söhbət zamanı Gürcüstan parlamenti sədrinin Qazaxıstana ilk rəsmi səfərinin iki ölkə arasında mövcud əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. İkitərəfli münasibətlərdə parlament diplomatiyasının rolu qeyd edilib.

Regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və logistika layihələrinin əhəmiyyəti vurğulanıb. Həmçinin Orta Dəhlizin artan əhəmiyyəti və potensialı xüsusi qeyd edilib.

ƏvvəlkiAğdamda mina partlayışında xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər
NövbətiRusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib