“Türk humanitar elmlər ensiklopediyası” adlı 8 cildlik unikal əsər nəşr edilib

Cənubi Koreyanın Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Ölkələri İnstitutu tərəfindən “Türk humanitar elmlər ensiklopediyası” adlı 8 cildlik unikal əsər çap edilib.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, bu nəşr Türk dünyası ölkələrinin (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva və Saxa Respublikası), həmçinin Çinin Sincan-Uyğur Muxtar Vilayətinin dili, ədəbiyyatı, tarixi, incəsənəti, coğrafiyası, folkloru və dini kimi sahələri əhatə edir.

“Türk humanitar elmlər ensiklopediyası” 2018-2023-cü illərdə Koreya Milli Tədqiqat Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən fundamental elmi layihənin nəticəsi hesab olunur. Koreya dilində hazırlanan 8 cildlik nəşr 4500 səhifədən ibarətdir və iki mindən çox anlayışın ətraflı təsvirini təqdim edir.

Ensiklopediya həm çap, həm də elektron formada sərbəst şəkildə yayılır.

ƏvvəlkiAzərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
NövbətiPerinatal Mərkəzində yanğın zamanı zəhərlənən və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmiş iki nəfər evə buraxılıb