İranla sərhəddə növbəti zəlzələ qeydə alınıb

Azərbaycanla İran sərhədində növbəti zəlzələ qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, saat 11:08-də baş verən 4.7 maqnitudalı zəlzələnin dərinliyi 19 kilometr təşkil edib.

Cəlilabad stansiyasından 24 kilometr qərbdə qeydə alınan yeraltı təkanlar Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Masallı, Astara rayonlarında 4-3 bala qədər hiss olunub.

ƏvvəlkiAnkara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb
NövbətiŞimali Kipr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib