Şimali Kipr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.

“Report” xəbər verir ki, təbrik mətni nazirliyin “X” hesabında paylaşılıb.

“Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr- Zəfər Gününü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq”, – paylaşımda bildirilib.

Əvvəlkiİranla sərhəddə növbəti zəlzələ qeydə alınıb
NövbətiAğstafada “Sağlam məhəllə” idman zonası istifadəyə verilib