Malatyada zəlzələ olub

Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda 4,4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 17:43-də (Bakı vaxtı ilə 18:43-də) qeydə alınıb.

ƏvvəlkiAğdamda baş vermiş mina partlayışı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır
NövbətiRusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb