Çində 5,7 bal gücündə zəlzələ qeydə alınıb

Çində Qazaxıstan və Qırğızıstan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 535 min nəfər əhalisi olan Aksu rayonundan 155 km qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

ƏvvəlkiPrezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib
NövbətiTramp Cənubi Karolina ştatında keçirilən praymerizin qalibi olub