Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib

Zəngilan rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilib.

“Report”un xəbərinə görə, yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub.

Qeyd edək ki, yürüşdən əvvəl Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xatırladaq ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

ƏvvəlkiLaçında Bayraq yürüşü keçirilir
NövbətiGəncədə Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir