Bu il Cəbrayıl şəhərinə köç olacaq – 33 yaşayış binası tikilir

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir.

Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.

ƏvvəlkiQərbi Azərbaycan İcması: AŞPA-dakı son təxribat bu qurumun islamofob mahiyyətini bir daha üzə çıxardı
NövbətiTürkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib