Qərbi Azərbaycan İcması: AŞPA-dakı son təxribat bu qurumun islamofob mahiyyətini bir daha üzə çıxardı

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı. Biz buna AŞPA-nın Ermənistan üzrə həm-məruzəçilərinə qayıdış hüququmuzla məşğul olmaq çağırışı ilə bağlı 2023-cü il martın 1-də göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir. Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir.

ƏvvəlkiGəncə Dövlət Universiteti ilə Türkiyənin Qafqaz Universiteti arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb
NövbətiBu il Cəbrayıl şəhərinə köç olacaq – 33 yaşayış binası tikilir