Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirilib

Baş vermiş zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi 50 km/saata endirilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda – Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır. İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb.

ƏvvəlkiİƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri başa çatıb
NövbətiKürdəmir Fövqəladə Hallar Komissiyası: Zəlzələnin fəsadlarının olub-olmaması dəqiqləşdirilir