Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib

Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, ABŞ Geoloji Xidməti episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn 6,3 bal gücündə zəlzələnin 37 kilometr dərinlikdə qeydə alındığını bildirib.

Zəlzələdə can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.

ƏvvəlkiXarkova raket hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 62 nəfər yaralanıb
NövbətiTürk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək