Xarkova raket hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 62 nəfər yaralanıb

Xarkova edilən raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov telemarafonun efirində məlumat verib.

“Ölənlərin sayı 8-ə çatıb. Hündür mərtəbəli yaşayış binasının qalıqları altından bir uşağın cəsədi çıxarılıb”, – deyə Terexov əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın yanvarın 23-də hava hücumu nəticəsində yaralananların sayı 62 nəfərə çatıb.

Xilasetmə işləri davam etdirilir, dağıntılar altında insanların olduğu güman edilir.

Əvvəlki“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
NövbətiVanuatuda 6,3 bal gücündə zəlzələ baş verib