Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

ƏvvəlkiQətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib
NövbətiAvropa çempionatı: Azərbaycanın daha 3 güləşçisi finala yüksəlib