Kürdəmir Fövqəladə Hallar Komissiyası: Zəlzələnin fəsadlarının olub-olmaması dəqiqləşdirilir

Kürdəmirdə baş verən 5.2 maqnitudalı zəlzələ zamanı rayon Fövqəladə Hallar Komissiyasına bir neçə məlumat daxil olsa da, hələlik ciddi dağıntı və tələfatla bağlı müraciət qeydə alınmayıb.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli bildirib.

O qeyd edib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:38-də Kürdəmirdə 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Ağdam, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

ƏvvəlkiZəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirilib
NövbətiZelenski Ukraynanın müdafiə naziri postuna Rüstəm Umerovu təklif edib