Yevlaxda yük avtomobili minik maşınına çırpılıb, xəsarət alanlar var

Yevlaxın Aran qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə “Hyundai” markalı minik avtomobili ilə kiçiktutumlu yük maşınının toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə yük maşınının sürücüsü, Ağsu rayon sakini, 1991-ci il təvəllüdlü Ramal Hüseynov və “Hyundai” markalı avtomobildə sərnişin qismində olan, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Kəfayə Bənnayeva xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya çatdırılıb.

“Hyundai” markalı avtomobilin sürücüsü hadisədən xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiGörkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilib
NövbətiBakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib