İctimai birlik regionda tədbir keçirdi

“Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” – Ümummilli lider Heydər Əliyev.

“Ekoloji və Aqrar” İnkişaf ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə institutunun inkişafı ilə bağlı maarifləndirmə tədbirlərin təşkili” layihəsi çərçivəsində Yevlax rayonunda təlimlər təşkil olunub.

Təlimlər zamanı gənclərə bu gün qurulan ailələrin çox zaman saglam olmayan təməllər üzərində, böyüklərin  məsləhəti və rizası olmadan qurulması haqqında danışılıb. Bəzən  sosial şəbəkələrdəki tanışlıq  vasitəsi ilə, bəzən  qeyri millətdən və çox zaman da  eyni millətdən olan insanlarla izdivaclar yaranır. Lakin bu gün hamını narahat edən mütəxəssislərə həyacan təbili çaldıran yaranan bu izdivacların uzunömürlü olmamasıdır. Bu münasibətlərin pozulması boşanmalara  gətirib  çıxarır və  bundan hamı xüsusən millətin gələcəyi olan  uşaqlar zərbə alır.

Layihə çərçivəsində gənclərə maarifləndirici bukletlər paylanıb.

Əvvəlki“Formula 1″ə nəzarət edəcək polislərə tapşırıqlar verildi
NövbətiBiləsuvarda binada partlayış olub