“Formula 1″ə nəzarət edəcək polislərə tapşırıqlar verildi

Bakıda aprelin 28-30-da baş tutacaq “Formula 1” Azərbaycan qran-prisinin təhlükəsiz şəkildə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

ƏvvəlkiAzərbaycanın qrup hərəkətləri komandası dünya kuboku yarışlarında bürünc medal qazanıb
Növbətiİctimai birlik regionda tədbir keçirdi