Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 444 nəfər müalicə olunaraq sağalıb, 9 min 984 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 348, bu günə qədər isə ümumilikdə 7 milyon 391 min 267 test icra olunub.

ƏvvəlkiDekabrın 9-da Azərbaycanda COVID-19 əleyhinə 300 doza vaksin vurulub
NövbətiAzərbaycan XİN rəhbərinin müavini İndoneziyaya səfər edib