Dekabrın 9-da Azərbaycanda COVID-19 əleyhinə 300 doza vaksin vurulub

Dekabrın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 300 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 113, ikinci doza vaksinlərin sayı 26, üç və daha çox doza vaksinlərin sayı 132, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 925 min 234, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 660, ikinci mərhələ üzrə 4 milyon 874 min 639, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 762, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 173-dür.

ƏvvəlkiAvropa Parlamentinin sədr müavini korrupsiya ilə bağlı saxlanılıb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb