Koronavirusun çoxlu mutasiyaya malik yeni variantı tapıldı

Böyük Britaniyada BA.2.86 koronavirus variantı aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

30-dan çox mutasiya ilə xarakterizə olunan variantın varlığını Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) də təsdiq edib.

“Hazırda vəziyyət qiymətləndirilir və əlavə məlumat verəcək”, – deyə UKHSA-dan bildirib.

“The Guardian” qəzetinin qeyd etdiyi kimi, bu tip koronavirus ilk dəfə İsraildə aşkar edilib. Daha sonra Danimarka və ABŞ-də qeydə alınıb.

Hazırda dünyada ən çox yayılmış koronavirus variantları XBB.1.16 və EG.5-dir.

Mütəxəssislərin fikrincə, BA.2.86 variantının delta və ya omikron ştamları qədər ölümcül olması ehtimalı azdır.

ƏvvəlkiQarabağın erməni sakinləri Laçın postundan növbəti dəfə maneəsiz keçiblər
NövbətiAzərbaycan voleybol millisi Avropa çempionatına qələbə ilə başlayıb