Azərbaycan voleybol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.

“Report”un məlumatına görə, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb.

Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibi üstələyiblər – 3:0 (25:21, 25:10, 25:15).

Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

ƏvvəlkiKoronavirusun çoxlu mutasiyaya malik yeni variantı tapıldı
NövbətiHindistanda əlverişsiz hava şəraiti nəticəsində 2 mindən çox insan ölüb