Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Həcər Nuriyeva, Era Maftuha və Aysu Kərimzadə olan yığma Slovakiya seçməsinə 3:1 hesabı ilə qalib gələrək Şotlandiya və Estoniyanın da yer aldığı qrupda üçüncü olub.

Qrupun digər oyununda Şotlandiya Estoniyanı 5:0 hesabı ilə məğlub edərək Avropa çempionatının final mərhələsinə yüksəlib.

ƏvvəlkiAzərbaycanda Yeni il bayramı ilə əlaqədar bir həftə iş olmayacaq
NövbətiAzərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşləri olub